Rusiya FHN-nin təyyarəsi yaralanan vətəndaşlarını Moskvaya çatdıracaq
Yusif Nəzərli
14:46 25.12.2024
Gündəm
375
Rusiya Fövqəladə Hallar Nazirliyinin tibbi modullarla təchiz olunmuş İl-76 xüsusi təyyarəsi Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya FHN-dən bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığına və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişinə əsasən, xüsusi reys Moskvadan Aktauya uçub.
Bildirilib ki, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan rusiyalıların sanitar təxliyəsini tibbi təyyarə həyata keçirəcək.
Təyyarə yaralıların daşınması üçün bütün lazımi avadanlıqla təchiz olunub.Müasir xüsusi tibbi modullar, süni tənəffüs aparatları və ürək monitorları uçuş zamanı xəstələrə tibbi yardım göstərməyə və onların vəziyyətinə nəzarət etməyə imkan verir.
Əlavə olunub ki, “Centrospas” dəstəsinin həkimləri, Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi təyyarədə zərərçəkənləri müşayiət edəcək.
Qeyd edək ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraya Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsində miliyyətcə azərbaycanlı olan üç Rusiya vətəndaşının da olduğu bildirilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib
12:59 09.09.2026
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq