
Mask ABŞ üçün ciddi risklər yaradacaq -Ekspert
Yusif Nəzərli
05:07 05.02.2025
Dünya
458
Dövlət rəhbərliyində siyasi balans, ictimai rəy və sosial məsuliyyət önəmlidir
"İlon Maskın təyinatı Amerika kimi dövlətin sabitliyinə ciddi risk yaradacaq.
İki trilyon dollarlıq aqressiv ixtisar təklifləri bu riskin ilkin işartısıdır".
Bu sözləri “Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Sahibkarlıq və dövlət idarəçiliyinin fərqli bacarıqlar tələb etdiyini vurğulayan ekspert qeyd edib ki, kimsə yaxşı biznes idarəedicisi olubsa və bir şirkəti uğura apara bilibsə, bu onun makro uğur qazana biləcəyi demək deyil:

“Dünyanın əksər ölkələrində bu fakt öz təsdiqini tapır. Hansısa bir biznesdə uğurlu idarəçi olan birini gətirib yüksək dövlət məmuru təyin edəndən sonra özünü doğrultmur. Əksinə, aləmi bir-birinə qataraq, problemləri artırır.
Çünki dövlət maliyyəsi və büdcə idarəçiliyi özəl sektor idarəçiliyindən köklü şəkildə fərqlənir. Sahibkarlar bazar şərtlərinə uyğun çevik qərarlar verir, lakin dövlət idarəçiliyi mürəkkəb bürokratik proeslərə əsaslanır və sosial məsuliyyət daşıyır”.
Maska gəldikdə isə E.Əmirov bildirib ki, Maskın riskə meyilli və qeyri-ənənəvi idarəçilik üslubu Amerika kimi dövlətin sabitliyini poza bilər:
“Digər bir tərəfdən onun fiskal siyasət və makroiqtisadiyyat sahəsində təcrübəsi yoxdur. Dövlət büdcəsini idarə etmək yüksək səviyyədə makroiqtisadi bilik, fiskal siyasət və monetar mexanizmləri anlamağı tələb edir. Fiskal siyasət təkcə xərcləri azaltmaqdan ibarət deyil; iqtisadiyyatda balansı qorumaq üçün düzgün vergi siyasəti, sosial proqramların idarə edilməsi və borc dinamikasının nəzərə alınması tələb olunur. Həmçinin İlon Mask biznes qərarlarında çox vaxt aqressiv strategiya tətbiq edir. Dövlət idarəçiliyində isə qısamüddətli qənaət tədbirləri uzunmüddətli iqtisadi və sosial problemlərə səbəb ola bilər.
Mask açıq fikirli və sərt ifadələri ilə tanınır. Amma dövlət rəhbərliyində siyasi balans, ictimai rəy və sosial məsuliyyət önəmlidir. Buna görə də İlon Maskın rəhbərlik tərzi və prioritetləri dövət büdcəsi və fiskal siyasəti idarə etmək üçün uyğun deyil. Maskın riskə meyilli və eksperimental yanaşmaları burada ciddi problemlərə yol aça və uzun sabitliyi poza bilər. Bunu da zamanla görəcəyik”.
Qeyd edək ki, İlon Mask federal xərclərin effektivliyinə nəzarət məqsədilə yaradılmış yeni dövlət qurumuna rəhbərlik edir. Bu agentlik Hökumətin Effektivliyi Departamenti (DOGE) adlanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya