Fidan Kiyevdə: “Liderlər Ərdoğanın ev sahibliyində bir araya gələ bilər”
17:24 05.11.2025
Gündəm
177
Türkiyənin xarici işlər naziri Hakan Fidan əlaqələr aparmaq üçün getdiyi Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb. İki nazir birgə mətbuat konfransında çıxış ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ukrayna paytaxtı Kiyevdədir. Kiyevdəki Azadlıq Meydanında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən qarşılanan Fidan şəhərdəki görüşlərinə başlayıb.
Sherg.az xəbər verir ki, nazir Fidan daha sonra hücumlarda həyatını itirən Ukrayna əsgərlərinin xatirəsinə yaradılmış Anım Divarına çiçək qoyub. Onu mərasim keçiriləcək ərazidə yenə Andrey Sibiqa qarşılayıb.
Daha sonra Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib. Baş-başa görüşdən sonra iki nazir nümayəndə heyətləri arasında danışıqlara qatılıb.
Sybiha-dan Türkiyəyə Krım təşəkkürü
Görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında hər iki nazir açıqlamalar verib.
Sybiha, ilk növbədə bu gün barış danışıqları, atəşkəs və əsir mübadiləsi məsələlərini müzakirə etdiklərini bildirib. O, Fidanın Moskvadan yenicə qayıtdığını xatırladaraq, bu barədə ona məlumat verdiyini qeyd edib.
Ukraynanın xarici işlər naziri, Türkiyəyə Qara dənizdəki hərəkətliliyə və Krımın geri qaytarılması məsələsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Fidan: İvmenin davam etməsini istəyirik
Nazir Fidan da çıxışında, göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və daha gözəl günlərdə də Ukraynada olmağı arzuladığını bildirib. Günün ikinci yarısında Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul ediləcəyini də qeyd edib.
“Bu müharibədə kritik bir yol ayrımına yaxınlaşırıq”, – deyə Fidan bildirib. “Ya bu müharibənin davamına göz yummalı olacağıq, ya da bu il ərzində daimi sülhə çatacağıq”, – deyə əlavə edib.
Fidan, İstanbulda keçirilmiş Rusiya-Ukrayna görüşünə işarə edərək “Danışıqların konkret nəticə verə biləcəyini sübut etdik. İstanbulda yaranan ivmənin davam etməsini istəyirik”, – deyə vurğulayıb.
“Tək yol daimi sülhdür”
Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə Türkiyənin tam dəstək verdiyini bildirən Fidan, “Növbəti mərhələnin keçirilməsinin mümkün olduğunu düşünürük”, – deyərək, Türkiyənin yenidən danışıqlara ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.
Fidan, “Cənab Ərdoğanın ev sahibliyində, Tramp, Putin və Zelenski bir araya gələrsə, İstanbulda keçirilən görüşlərin zirvəyə çatması mümkündür” deyə bildirib.
O, çıxışında “davamlı sülhün yeganə yol olduğuna” diqqət çəkib.
Zelenski və Şmıhal ilə də görüşəcək
Nazir Fidanın səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıhal ilə də görüşəcəyi gözlənilir.
Bundan əlavə, Fidan Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak, həmçinin 16 mayda İstanbulda keçirilmiş birbaşa Rusiya-Ukrayna danışıqlarında Ukrayna heyətinə rəhbərlik etmiş müdafiə naziri Rüstem Umerov da daxil olmaqla yüksək səviyyəli şəxslərlə də görüşəcək.
Fidanın Krım tatarları və Qaqauz türk icmalarının nümayəndələri ilə də görüşməsi planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm