
ABŞ-nin NATO-nu zəiflətmək və parçalamaq istəyi real təhlükəyə çevrilə bilər -ANALİTİK
11:31 30.05.2025
Dünya
428
NATO-nun parçalanması yalnız əsas üzv ölkələrin – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə kimi dövlətlərin alyansa inamını itirməsi halında mümkündür
ABŞ NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsini dayandırmağa hazırdır. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq “ABC News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskvanın bu məsələ ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayır və alyansın şərqə doğru genişlənməsi məsələsinə daha ehtiyatla yanaşmağın vaxtıdır. Kelloq əlavə edib ki, bu yöndə diplomatik dialoqun davamı və real addımlar vacibdir. Rusiya isə uzun illərdir NATO-nun sərhədlərinə yaxınlaşmasını öz milli təhlükəsizliyinə təhdid hesab edir.
ABŞ-ın NATO-nun şərqə doğru genişlənməsini dayandırmağa hazır olduğunu bildirməsi, əslində, böyük güclərin “real siyasət”ə qayıtdığını göstərir. Bu, bir tərəfdən Vaşinqtonun Rusiya ilə gərginliyi azaltmaq istəyi kimi təqdim olunur, digər tərəfdən isə onun Çinlə qarşıdurmaya daha ciddi şəkildə hazırlaşdığına işarədir. Sanki ABŞ, eyni anda həm Rusiya, həm də Çinlə mübarizənin mümkünsüzlüyünü anlayır və indi daha “idarəolunan” bir rəqiblə, yəni Rusiya ilə uzlaşma yolunu seçir.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Kelloqun bu fikirləri ABŞ-nin dünya siyasətində dəyişən yanaşması ilə izah edilməlidir:

“Çünki Co Bayden dünya ağalı uğrunda mübarizədə Rusiyanı əsas təhlükə hesab edirdisə, Donald Tramp üçün prioritet fərqlidir. Tramp hazırda ABŞ üçün əsas təhlükənin Çin olduğunu düşünür. Buna görə də Çini zəiflətmək istəyir. Donald Tramp anlayır ki, Co Bayden administrasiyasının Rusiya ilə ABŞ arasında başlatdığı geosiyasi rəqabət və Rusiyanın Ukraynanı işğal etməklə ABŞ, NATO timsalında Qərbə gözdağı verməsi Vaşinqton-Moskva münasibətlərini ciddi şəkildə tənəzzülə uğradıb. Nəticədə ABŞ eyni həm Rusiya, həm də Çinlə mübarizə apararaq istədiyi strateji məqsədlərə çata bilməz. Tramp administrasiyası bütün potensialını və diqqətini Çinlə rəqabətə yönəltmək niyyətindədir. Buna görə də o, ABŞ və Rusiya arasında maraqlar balansını təmin edəcək bir razılaşma əldə etməyə çalışır. NATO-nun şərqə doğru genişlənməsi məsələsi Rusiyanın Ukraynanı işğal edərkən əsaslandırdığı səbəblərdən biri idi. Rusiya bu genişlənməyə qarşıdır və bunu rəsmi şəkildə tələb kimi irəli sürür. Bu kontekstdə ehtimal etmək olar ki, Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putini razı salmaq və hər iki tərəfin maraqlarını təmin edən razılaşmaya nail olmaq üçün məhz NATO-nun şərq cinahının genişlənməsi məsələsini arxa plana keçirməyi düşünür. Trampın son addımlarından da görünür ki, o artıq ənənəvi Avropa müttəfiqləri ilə münasibətləri ikinci plana keçirməyə hazırdır. Onun əsas məqsədi Çinə qarşı daha sərt mövqe tutmaq və ABŞ-nin qlobal iqtisadi-siyasi güc mərkəzi kimi mövqeyini qorumaqdır. Çünki hazırda Çin bir çox sahələrdə ABŞ-yə çatıb və bəzilərində hətta onu geridə qoymaq üzrədir. Bu isə Vaşinqtonda ciddi narahatlıq doğurur”.
Ekspert söyləyib ki, Trampın NATO-nun şərqə doğru genişlənməsinə münasibətdə verdiyi mesajlar NATO-nun bütövlüyünə zərər verib-verməyəcəyi məsələsinə gəldikdə isə bu, birbaşa Amerikanın bu məsələyə necə yanaşacağından asılıdır:
“Əgər ABŞ məqsədyönlü şəkildə NATO-nu zəiflətmək və parçalamaq istəyərsə, bu, real təhlükəyə çevrilə bilər. Digər ölkələr, məsələn, Finlandiya və ya Polşa, NATO-dan çıxmaq barədə düşünərlərsə, bu, daha çox həmin dövlətlərin öz təhlükəsizliyinə zərbə olar. Çünki Rusiya ilə sərhəddə yerləşən və real təhlükə altında olan bu ölkələr üçün NATO əsas təhlükəsizlik təminatıdır. Polşanın və ya digər Şərqi Avropa ölkələrinin NATO-dan çıxması real görünmür. Onlar, hətta ABŞ-nin mövqeyi radikal şəkildə dəyişsə belə, NATO-dan könüllü şəkildə ayrılmazlar. NATO-nun parçalanması yalnız əsas üzv ölkələrin – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə kimi dövlətlərin alyansa inamını itirməsi halında mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm