
İqtisadçı: Azərbaycan iqtisadiyyatı şaxələndirilmə istiqamətində inkişaf edir
09:52 02.06.2025
İqtisadiyyat
512
Bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir.
Bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib.
Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlət başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, son zamanlar Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində inkişafını xüsusi qeyd etmək olar:

“Xüsusilə də logistika, yeni yollarının inşa edilməsi, beynəlxalq yeni hava limanlarının Azərbaycanda istifadəyə verilməsi, eyni zamanda Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılması və Azərbaycanda dəmir yolları üzrə yükdaşımaların həcmində nəzərə çarpacaq səviyyədə artımlar çox sevindirici iqtisadi artım templəridir. Həmçinin aqrar sektor üzrə subsidiyaların verilməsində müəyyən inkişaf və artımlar müşahidə edilir Bundan başqa, ölkənin bir sıra aqrar sektor üzrə sahələrində, xüsusilə də pambıqçılıqda və digər sahələr üzrə tədarük göstəricilərində artımlar var. Hazırda Azərbaycan iqtisadiyyatı şaxələndirilmə istiqamətində inkişaf edir".
İqtisadçı əlavə edib ki, Dağlıq Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ölkənin iqtisadi potensialı da ciddi şəkildə artmağa başlayıb:
"Həm turizm gəlirləri, həm aqrar sahənin gəlirləri baxımından, eyni zamanda, Şərqi Zəngəzur və Dağlıq Qarabağ ərazisində vergi dərəcələrinin aşağı salınması, iş adamlarına xüsusi güzəştlərin verilməsi bu sahəyə qoyulan investisiya təşviqini də sürətləndirib. Əsas hədəflərdən biri də iqtisadiyyatı neft və qaz gəlirlərindən asılılıqdan xilas etməkdir. Bunun üçün müxtəlif şaxələndirmələr həyata keçirilir. Ölkənin iqtisadiyyatı üçün çox mühüm olan Bakı Beynəlxalq Ələt ticarət limanının inşası sürətlə həyata keçirilməkdədir. Əlbəttə ki, bu, istifadəyə verildikdən sonra Azərbaycan ətrafına, Ümumi Daxili Məhsulun artımına çox ciddi şəkildə təsir göstərəcək. Həmçinin qarşıdakı perspektiv dövrdə, sabitlik və inkişaf hədəfləri kifayət qədər aydın seçilib. Hesab edirəm ki, bu inkişaf yaxın gələcəkdə müsbət mənada Azərbaycan iqtisadiyyatında özünü daha da qabarıq şəkildə göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya