
Bekhem ailəsinin üzərində qara buludlar dolaşır - FOTOLAR
Yusif Nəzərli
14:40 03.06.2025
Şou
577
Cütlük, toy hazırlığında olanlara da məsləhətlər verib
Bekhem ailəsinin üzərində bir müddətdir qara buludlar dolaşır. David Beckhamın oğlu Brooklyn, evliliyi ilə bağlı yayılan iddialara cavab verib.
Sherg.az xəbər verir ki, əfsanəvi futbolçu David Bekhem ilə tanınmış modelyer Victoria Bekhemin böyük oğlu Brooklyn Bekhem, amerikalı aktrisa Nicola Peltz ilə 2022-ci ildə evlənmişdi.
Cütlüyün bir müddətdir Bekhem ailəsi ilə görüşmədiyi bildirilir. Hətta Brooklyn Bekhemin atasının ad gününə qatılmaması ailəsi ilə aralarında küskünlük olduğu iddialarını artırıb.
Ailə daxilindəki gərginliklə bağlı bir çox ehtimallar irəli sürülsə də, Bekhem ailəsindən heç kim bu barədə açıqlama verməyib.

26 yaşlı Brooklyn Bekhem ilə 30 yaşlı Nicola Peltz, “Glamour” jurnalı üçün kamera qarşısına keçib. Cütlük tanış olduqdan 6 ay sonra nişanlanmışdı.
Brooklyn "Tanışlığımızdan üç ay sonra onunla evlənmək istədiyimi bildim. Həmişə gənc yaşda evlənmək istədiyimi bilirdim və Nicola ilə tanış olanda buna əmin oldum" deyə bildirib.
Cütlük, toy hazırlığında olanlara da məsləhətlər verib.
Nicola Peltz:
"Toy gününüzdə yalnız ikiniz üçün bir an ayırın. Uzaqlaşın, nəfəs alın və birlikdə olun. Bu, mənim ən sevdiyim anlar idi. Toylar yorucu ola bilər, xüsusilə də hamının əyləndiyindən əmin olmağa çalışırsınızsa."
Brooklyn Bekhem:
"Mərasimdən sonra bir neçə dəqiqəlik ortadan yoxa çıxmaq üçün vaxt ayırın. Yalnız ikimiz qısa bir avtomobil turu etdik. Mükəmməl idi. Həmçinin, bir-birinizi sevin, dürüst olun və həmişə bir-birinizi qoruyun. Nişan zamanı verdiyimiz sözləri döymə kimi bədənimə yazdırdım."
Həmişə medianın diqqətində olan cütlük, sosial mediada yayılan söz-söhbətlərə necə yanaşdıqlarını da bölüşüb.
Nicola Peltz:
"Sosial media gözəl ola bilər, normalda heç vaxt tanımayacağınız insanlarla əlaqə qurursunuz. Amma bu platformalar yalnız xüsusi anları göstərir."
Brooklyn Bekhem:
"İnsanlar həmişə danışacaq. Əsas olan birlikdə xoşbəxt olmağımızdır. Ən xoşbəxt anlarımız evdə itlərimizlə keçirdiyimiz vaxtlardır."
Nicola Peltz, bəzən yazılan şərhlərdən təsirləndiyini etiraf edib:
"Həmişə asan olmur. TikTok-da haqqımızda təsadüfi hekayələr çıxır. Saxta xəbərləri görəndə dərhal bağlayıram. Amma buna dəyməz. Sadəcə keçib gedirəm."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya