Rusiya NATO kölgəsindən qorxur -ANALİTİK
Yusif Nəzərli
07:20 02.08.2025
Dünya
516
Bəybala Mirzəyev: “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir”
“Putin Mariya Zaxarovanın ağzıyla bu iki Cənubi Qafqaz ölkəsini "Ukrayna ssenarisi"nin təkrarlana biləcəyi ilə təhdid edir”
Məlum olduğu kimi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib. O, hər iki ölkənin alyansla əlaqələrini dərinləşdirməsi durumunda bunun regiondakı vəziyyətə təsirlərini də nəzərə almalı olduğunu bildirib. XİN sözçüsünün sözlərində açıq təhdid elementləri olmasa da, aydın məsələdir ki, diplomatik müstəvidə bu cür bəyanatlar bir növ “xətti keçməyin” xəbərdarlığıdır. Moskva bu tip bəyanatlarla həm regional aktorların Qərbə meyillərini cilovlamağa, həm də öz nüfuz dairəsini qorumağa çalışır. Təəssüf ki, Rusiya imperialist mövqeyindən geri durmur. Hələ də Cənubi Qafqaz ölkələrinə özünün keçmiş müstəmləkəsi kimi müraciət edir. Bu, Zaxarovanın bəyanatında da aydın şəkildə hiss olunur. O, faktiki olaraq, Azərbaycanın və Ermənistanın NATO ilə əməkdaşlığını təhlükə kimi qələmə verir. Bunun regionda "vəziyyətin pisləşməsinə" səbəb ola biləcəyini iddia edir.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında deyib ki, münasibətlərin onsuz da gərgin olduğu bir vaxtda Rusiyanın Cənubi Qafqazın iki ölkəsinə "Ukrayna ssenarisi"ni xatırlatması, faktiki olaraq Bakı və İrəvanı hədələməsi Kremlin növbəti ağılsızlığıdır. Ekspert vurğulayıb ki, Rusiyada diplomatiya çoxdan ölüb:
"İndi Rusiyanın yeganə "siyasət və diplomatiya dili" müharibədir, terrordur, təxribatdır. Bu mənada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın dilindən bəyan edilən NATO xəbərdarlığı da Kremlin növbəti hərbi təhdid nümunəsidir. Zaxarovanın ardınca isə Kremlin bəslədiyi Z-blogerlər, propaqandistlər, cürbəcür hərbi ekspertlər və siyasi şərhçilər sosial platformalar və tv-media üzərindən Azərbaycan və Ermənistana NATO ilə bağlı təhdidlər, təhqirlər yağdırmağa başlayıblar. Əvvəlcə Anton Parxomenko adlı yutuber-ekspert rəsmi Bakının Xaçmazda NATO-nun hərbi bazasını yerləşdirməyə hazırlaşması iddialarını çözələməyə çalışıb. Daha sonra hərbi ekspert Konstantin Sivkov Azərbaycan və Türkiyənin NATO ilə birgə planları barədə bir sıra absurd fikirlər səsləndirib. Hətta rusiyapərəst amerikalı hərbi ekspert Skott Ritter də Azərbaycan və Ermənistanın Cənubi Qafqazda Rusiyaya qarşı birgə avantürası haqda danışıb. Belə bir iddia irəli sürüb ki, guya, xarici güclər Bakı və İrəvanın əliylə Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün pərdəarxası manevrlər edirlər. Bütün bunlar onu göstərir ki, Kreml Azərbaycan və Ermənistanın müstəqil, suveren siyasət yürütməsini əsla istəmir. Rusiya rəhbərliyi Ukraynanın ardınca Azərbaycan və Ermənistanın da NATO ilə əməkdaşlığı genişləndirmək yolunu seçməsindən ciddi şəkildə narahatdır. Məhz bu səbəbdən də Putin Mariya Zaxarovanın ağzıyla bu iki Cənubi Qafqaz ölkəsini "Ukrayna ssenarisi"nin təkrarlana biləcəyi ilə təhdid edir".
Həmsöhbətimiz əlavə edib ki, məhz Rusiyanın bu cür analoji təhdidlərinin nəticəsində Finlandiya və İsveç kimi dünyanın ən sülhsevər və neytral ölkələri də sonda NATO Alyansına üz tutmalı oldular:
"Görünən budur ki, bu hadisə Moskvaya dərs olmayıb. Kremlin get-gedə artmaqda olan təhdidləri fonunda ən optimal cavab addımlarından biri kimi Rusiya ilə sərhəd ərazilərimizdə Türkiyənin hərbi bazasının yaradılmasıdır. Eyni zamanda, digər türk və müsəlman ölkələri ilə də hərbi əməkdaşlığımız daha sıx müstəviyə keçirilməlidir. Rəsmi Bakı bu ölkələrə də Şuşa Bəyannaməsinə qoşulmağı təklif edə bilər. Rusiyanı dayandırmaq və özünə gətirmək, reallıq hissinə qaytarmaq, cilovlamaq üçün bütün mümkün təsir və güc vasitələrindən istifadə etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm