
Politoloq: Rusiyanın Cənubi Qafqaza silah daşıması suallar doğurur
Yusif Nəzərli
05:23 02.08.2025
Cənubi Qafqaz
357
İstisna deyil ki, Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyanı devirmə planları dövriyyəyə buraxılıb
Rusiya tərəfindən Ermənistandakı 102-ci hərbi bazaya böyük həcmdə hərbi texnika və sursat gətirildiyi məlumdur. Erməni mediasının yazdığına görə, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır. "Hraparak" qəzeti yazır ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir. Ümumən bildirilir ki, məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır. Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir: "İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidentinin İrəvana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 102-ci hərbi baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarət idi. Əgər Moskva həqiqətən də, təyyarələrlə canlı qüvvə və hərbi texnika daşıyırsa, onda bazanın potensialı daha da artmaqdadır. Bəzi erməni ekspertlər hesab edirlər ki, Rusiya tərəfindən 102-ci hərbi bazanın gücləndirilməsi Paşinyanı devirmək məqsədi daşıyır.
Politoloq İlyas Hüseynov deyib ki, Rusiyanın Ermənistana silah daşıması regional sabitlik baxımından ciddi təhdidlər yaradır:

"Hazırda Rusiya Ukrayna ilə müharibə aparır. Bu səbəbdən canlı qüvvəyə və hərbi texnikaya ehtiyacı var. Belə məqamda 102-ci hərbi bazaya silah və texnika daşınması, Rusiyanın hərbi gücünün bir hissəsini Cənubi Qafqaza yönəltməsi suallar doğurur. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. İstisna deyil ki, Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyanı devirmə planları dövriyyəyə buraxılıb. Bu, mümkün versiyadır. Hətta Rusiya daha radikal addımlar da ata bilər. İrəvan da buna bir neçə dəfə cəhd edib. Sonuncu belə cəhd Kilsə vasitəsilə həyata keçirilsə də, uğursuzluqla nəticələndi. Hesab edirəm ki, Rusiyanın Ermənistanda hərbi qüvvələrini aktivləşdirməsi mümkündür. Paşinyan bu yolla da devrilə bilər. Ona görə də İrəvan hökuməti belə bir təhlükəyə qarşı qabaqlayıcı addımlar atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm