“Ermənistan “Tramp marşrutu” layihəsinin icrası zamanı bütün suveren gömrük funksiyalarını saxlayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan deyib.
Brifinqdə ondan niyə “Tramp marşrutu” üzrə daşımalar üçün xüsusi operatordan istifadə etmək qərarına gəlindiyi və bunun ölkənin suverenliyinə xələl gətirib-gəlmədiyi soruşulub.
Akopyanın sözlərinə görə, yüklərin gömrük rəsmiləşdirilməsi zamanı risklər aşkar edilərsə və yoxlama zəruri olarsa, bu barədə qərar yalnız Ermənistan gömrük məmuru tərəfindən veriləcək, xarici operator belə qərar verə bilməz.
O əlavə edib ki, operatorun funksiyalarının dəqiq əhatə dairəsi hələ də müzakirə mərhələsindədir və müvafiq razılaşma və sənədlə müəyyən ediləcək.