Hüquqşünas: Qanunvericilikdə “dilənçilik” anlayışı yoxdur, bu “avaralıq” sayılır
12:26 01.09.2025
Sosial
582
Belə hallarda azyaşlı valideynindən və ya onu avaralığa cəlb edən yetkin şəxsdən alınaraq, müvafiq qaydada uşaq evinə yerləşdirilə bilər
Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edilib.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində İlqar Ələsgərov yetkinlik yaşına çatmayan bir nəfəri məcburi əməyə cəlb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Araşdırmalarla onun zərərçəkəni paytaxtın müxtəlif ərazilərində avaraçılıq və dilənçiliyə sövq etməklə maddi gəlir əldə etdiyi sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə cəlb etmə maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib. İ.Ələsgərov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mövzu ilə bağlı “Sherg”az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericilikdə “dilənçilik” anlayışı mövcud deyil:
“Bu fəaliyyət hüquqi baxımdan “avaralıqla məşğul olmaq” termini altında tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsin yetkin yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsi həmin şəxsin 50 manatdan 90 manata qədər məbləğdə cərimələnməsi və ya işin hallarından, eləcə də xətanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq 5 gündən 15 günədək inzibati həbs ilə cəzalandırılması ilə nəticələnir. Bununla yanaşı, azyaşlının diləndirilməsi faktı mütəmadi xarakter daşıdığı və dövlət qurumları tərəfindən davamlı şəkildə müşahidə olunduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülür. Belə hallarda azyaşlı valideynindən və ya onu avaralığa cəlb edən yetkin şəxsdən alınaraq, müvafiq qaydada uşaq evinə yerləşdirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya