Dünyanın ən uzun zaman evli olan kişisi ÖLDÜ
10:14 26.10.2025
Maraqlı
598
Təxminən 85 il evli olan və həyat yoldaşı Mariya ilə dünya rekorduna sahib olan Manuel Anhelim Dino 106 yaşında vəfat edib.
Həyat yoldaşı Mariya de Souza Dino ilə birlikdə dünyanın ən uzun ömürlü cütlüyü tituluna sahib olan Manuel Anhelim Dino 106 yaşında Braziliyada ölüb.
Manuel oktyabrın 20-də 106 yaş 95 günlüyündə vəfat edib. Həyat yoldaşı Mariya hazırda 102 yaşındadır. Cütlük təxminən 85 ildir evli olub - bu, fevral ayında Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq tanınan heyrətamiz bir rekorddur, o zaman onların evliliyi 84 yaş 77 gün davam etmişdi.
Onların sevgi hekayəsi 1936-cı ildə Seara ştatında başlayıb və kənd təsərrüfatında işləyərkən tanış olublar. Bir neçə il sonra tale onları yenidən bir araya gətirib və sonra aralarında əsl sevgi yaranıb.
"Bu ilk baxışdan məhəbbət idi", - Manuel xatırlayır.
O, Mariyaya evlilik təklifi edib, lakin anası əvvəlcə onların münasibətlərinə qarşı çıxıb. Nəhayət, o, sevgilisinin ailəsini özünə cəlb edib və 1940-cı ildə onlar Boa Ventura şəhərində kiçik bir kilsədə nişanlanıblar.
Cütlük həyatlarını ailələrinə və əkinçiliyə həsr ediblər. 13 uşağını dolandırmaq üçün tütün yetişdiririblər. Ailə sonradan 55 nəvə, 54 nəticə və 12 kötücə ilə genişlənib.
İndi ərindən daha çox yaşayan Mariya deyir ki, uzun və xoşbəxt evliliklərinin sirri çox sadədir - sevgi. /Lent.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm