
ABŞ biznesi regiona ayaq açır: Tramp uğur hekayəsini Nobellə taclandırmaq istəyir
11:50 14.08.2025
Gündəm
263
Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsinin paraflanması ilə Azərbaycan beynəlxalq müstəvidə düşmənlərini, xüsusən “Bu gün-sabah Azərbaycan Zəngəzuru tutacaq” deyərək ölkəmizə gecə-gündüz iftira atanların əlini-qolunu bağladı, onların arqumentlərini əlindən aldı və beynəlxalq imicini daha da möhkəmləndirdi. Bu hadisə eyni zamanda Azərbaycan və ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətinin liderlər səviyyəsində təsdiqi oldu. Dünyanın bir nömrəli gücü olan ABŞ-la strateji tərəfdaşlıq istənilən ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Bayden–Blinken administrasiyasının əvvəlki mövqeyi isə fərqli idi: məqsəd Azərbaycanı qaralamaq, gözdən salmaq idi. Antiterror əməliyyatından sonra rəsmi Bakıdan nümayəndə heyətlərinin səfərləri təxirə salınmış, hətta sanksiyalar tətbiq etmək barədə fikirlər səsləndirilmişdi. Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini qorudu və milli maraqlarından bir addım belə geri çəkilmədi.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a deyib ki, Azərbaycan-Ermənistan arasında yaşanan mövcud hadisələrdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolu var:
"Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra öz çıxışlarında regionun iqtisadi potensialının üzə çıxarılması tezisi üzərində dayanır, regional və beynəlxalq auditoriyaya bu məsələni çatdırmağa çalışırdı. Buna görə də dövlət başçımız Zəngəzur dəhlizini sülhün fundamental elementlərindən biri kimi xarakterizə edirdi. Bayden-Blinken dönəmində bu narrativin tamamilə əleyhinə gedilir, dövlət başçımızın da bildirdiyi kimi Azərbaycan-ABŞ münasibətləri Ermənistan-ABŞ münasibətlərinin əsirinə, girovuna çevrilirdi. Ukrayna ilə bağlı məsələlərin subyektiv maraqlar ucbatından daha önə plana alınması balanslı yanaşmanı tamamilə korlayırdı. Məhz bu baxımdan Azərbaycan bizə qarşı münasibətdə də eyni yanaşmanı tələb edirdi. Məhz ABŞ-da keçirilən görüşdən sonra istər Ukrayna, istərsə də Qərb dövlət və təsisatları ilə bağlı yumşaq gedişatın şahidiyik. Digər tərəfdən bir daha sübut olunur ki, dövlət başçımızın çıxdığı yol doğru yol idi. Proseslərin son dərəcə mürəkkəb gedişatında belə hər iki əks qütblə yürüdülən siyasət son dərəcə sayıq, təmkinli və ən əsası qarşılıqlı idi.
Donald Tramp biznes təfəkkürünə malikdir. Heç bir investora da ilk növbədə qeyri-sabitliyin əl vermədiyi reallığını aydın dərk edərək müharibədə deyil, sülhdə maraqlıdır. Üstəlik, siyasi və şəxsi karyera baxımından özünün pik nöqtəsini yaşayıb. İndi də son verdiyi müharibələrlə Nobel Sülh mükafatında istəkli, maraqlı və iddialıdır. O, şəxsi uğur hekayəsini bu mükafatla taclandırmaq istəyir. Niyə də olmasın? Sərgilədiyi yanaşma, bunun üzərində qurduğu siyasət bu məsələni aktual və diktə edir".
Analitik qeyd edib ki, Azərbaycan tərəfi son dərəcə uğurlu formada proseslərin axışını üzü sülhə doğru tutmağı bacardı:
"Nəticə etibarilə, Trampın yanaşmasına paralel olaraq Vaşinqtonda imzalanan sənəd bizim regiona da sülh gətirəcək. Bu arqumentlərə dəstək ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Bryusun “Vaşinqtonun Bakı və İrəvanla razılaşmalardan yeni biznes perspektivləri gözləyir” fikirlərindədir. Deməli, hər şey öz təsdiqini tapır. Bizə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısının təmin edilməsi və digər məlum məsələlər lazımdır.
ABŞ biznesi regiona ayaq açır. Bu rifahın yaxşılaşdırılmasına xidmət edəcək. Bu amil ilk növbədə Ermənistana lazım olsa da, müqavilənin bəndləri Azərbaycanın siyasi və iqtisadi baxımdan şərtlərinin qəbul olunmasını, hər iki amil üzrə güclənməsini təmin edəcək. Regionumuzla bağlı silsilə qalibiyyətlərdən olan bu uğur birmənalı qaydada cənab Prezident İlham Əliyevə məxsusdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə lideri: Qiyamətə qədər Suriyada olacağıq
16:33 16.12.2025
Dünya
Hazırda dominant qrip Honkonq qripidir – ÜST
16:19 16.12.2025
Sağlamlıq
“Uçan Küftəçi”nin həyatı film oldu
16:04 16.12.2025
Mədəniyyət
Putin alimləri səfərbər etdi: 150 il yaşamaq istəyir
15:52 16.12.2025
Dünya
Lavrov: Rusiya Suriyada heç kimi yarı yolda qoymayıb
15:38 16.12.2025
Dünya
Tramp BBC-yə 10 milyard dollarlıq iddia qaldırdı
15:38 16.12.2025
Dünya
Nobel Sülh Mükafatını qazandı, qaçarkən onurğasını sındırdı
15:32 16.12.2025
Dünya
Hakan Fidan Trampın xüsusi nümayəndəsi ilə görüşdü
15:13 16.12.2025
Dünya
İvanişvilinin devrilməsinə hazırlıq gedir - Sanikidze
15:00 16.12.2025
Cənubi Qafqaz
Növbəti köç karvanları bu kəndlərə çatdı
14:34 16.12.2025
Qarabağ
Vitse-spiker: II Qareginin taxtda qalması mümkün deyil
14:27 16.12.2025
Cənubi Qafqaz
Rusiya “Tramp yolu”nda iştirak etməyəcək - Rubinyan
14:20 16.12.2025
Cənubi Qafqaz