“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin bitməsini istəyir və buna nail olmaq üçün artıq çox şey edib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ mətbuat katibi Marko Rubio deyib.
O bildirib ki, Amerika lideri bu məsələyə çoxlu siyasi kapital qoyub.
Rubio əlavə edib ki, fərdi məsələlərdə müəyyən irəliləyişlərə baxmayaraq, Tramp ümumilikdə məyusdur.
“O, sadəcə anlamır ki, iki ölkə necə bu qədər amansız, dəhşətli və qanlı müharibəyə son qoymaq barədə razılığa gələ bilmir. Stiv (Uitkoff- red.) bunu dayandırmaq üçün öz hesabına neçə dəfə dünyanı gəzib, bilmirəm. Bu işə çox səy göstərən çoxlu insanımız var, düşünürəm ki, məsələlərin həllində irəliləyiş əldə etmişik, amma bəzi məsələlər çox mürəkkəb olaraq qalır, təəssüf”, - ABŞ dövlət katibi vurğulayıb.