Texnologiya nəhəngindən qərar - MDB mərkəzi İrəvana köçürülür

ABŞ-nin dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan NVIDIA Ermənistanı MDB ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üçün regional mərkəz kimi seçib.

Musavat.com xəbər verir ki, bu barədə NVIDIA-nın vitse-prezidenti Rev Lebaredyan açıqlama verib.

Onun sözlərinə görə, şirkət Ermənistanın süni intellekt ekosisteminin inkişafına sərmayə yatırmağa davam edir və bu fəaliyyəti Ermənistan üzərindən regionun digər ölkələrinə genişləndirməyi planlaşdırır.

Lebaredyan bildirib ki, NVIDIA-nın rəhbəri Censen Huanqla birlikdə Qazaxıstana son səfəri də bu istiqamətdə atılan növbəti addım olub.

Vitse-prezident açıqlayıb ki, NVIDIA MDB regionunda proqram təminatı hazırlayan mütəxəssislərlə əlaqələr üzrə menecer (Developer Relations Manager CIS) vəzifəsinə vakansiya elan edib. Yeni əməkdaşın iş yeri Ermənistan olacaq.

Həmin mütəxəssis proqramçılar, sahibkarlar və texnologiya komandaları ilə əməkdaşlıq edərək yeni texnoloji həllərin tətbiqinə kömək göstərəcək.

“Ermənistanda bu inkişaf prosesində aparıcı rol oynaya biləcək istedadlı mütəxəssislər var”, – Lebaredyan vurğulayıb.