İranda dekabrın 28-dən başlayan etirazlarda 2 550 nəfər ölüb, minlərlə insan yaralanıb və saxlanılıb. Sherg.az xəbər verir ki, ABŞ MQ-4C Triton casus uçağı ilə İranın cənub sahillərində müşahidə uçuşları həyata keçirir.
Prezident Donald Tramp hərbi müdaxilə ilə bağlı hələ qərar verməyib, ssenarilər arasında kiber əməliyyatlar, məhdud zərbələr və Starlink dəstəyi var. Körfəz ölkələri ABŞ-ni hücumdan çəkindirməyə çalışır, mümkün əməliyyatın neft bazarına və ABŞ iqtisadiyyatına zərər verəcəyini xəbərdar edirlər.
ABŞ və Almaniya rəsmiləri İran rejiminin çətin vəziyyətdə olduğunu və etirazların davam etməsi halında güclü addımların atıla biləcəyini bildirirlər.