ABŞ Rusiyanı növbəti dəfə sanksiyalarla hədələdi

Birləşmiş Ştatlar Rusiyaya Ukraynada sülhün nizamlanmasının vacibliyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, "The Guardian" belə yazır.

Mənbənin sözlərinə görə, əks təqdirdə Rusiyanın sanksiyalarla üzləşəcəyi bildirilib.

Məsələ avqustun 29-da BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında gündəmə gəlib. İclas aquatint 27-dən 28-nə keçən gecə Kiyevə endirilən zərbələrdən sonra çağırılıb.

ABŞ-nin BMT-dəki müşaviri Con Kellinin hücumun “Rusiyanın sülh istəyinin ciddiliyini şübhə altına aldığını” söyləyib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə ehtiyac olduğunu bildirib.