Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sabah keçiriləcək 11-ci iclasında ticari-iqtisadi əməkdaşlıqla bağlı əsas məsələlər müzakirə olunacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, toplantıda enerji, nəqliyyat, investisiya, ticarət və digər sahələrdə əməkdaşlıq kimi vacib mövzulara toxunulacaq.
“Bizim həmçinin Gürcüstan-Azərbaycan əməkdaşlığının mühüm rol oynadığı regional əhəmiyyətli layihələrlə, xüsusilə də Orta Dəhlizlə bağlı müzakirə aparmaq imkanımız da olacaq”, - deyə Mariam Kvrivişvili əlavə edib.