ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq

ABŞ zəlzələ ilə bağlı Venesuelaya axtarış-xilasetmə qrupları göndərib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ axtarış-xilasetmə qruplarının sayı daha da artıracaq.

Rubio deyib ki, hazırda Venesuelaya lazım olan ən mühüm yardım axtarış-xilasetmə qruplarıdır.

Qeyd edək ki, Venesuelada 7.2-7.5 ballıq zəlzələ nəticəsində 164 nəfər ölüb, 971 nəfər xəsarət alıb.