Aİ Gürcüstanla vizasız səyahət rejimini dayandıra bilər

Avropa Komissiyası Gürcüstanla vizasız səyahət rejiminin tamamilə dayandırılmasını nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi saytında dərc olunmuş hesabatda bildirilir.

Qeyd olunub ki, bu addım Gürcüstan hökumətinin Aİ demokratik normalara riayət etmək tələblərinə və 2017-ci ildən bəri qüvvədə olan vizasız səyahət rejiminin şərtlərinə əməl etməməsindən irəli gəlir.

Aİ Gürcüstanın gələn il sentyabrın 1-dək vizasız rejim şərtlərinə riayət etməsində israr edir. Tələblər arasında müxalifət liderlərinin azad edilməsi, QHT-lərə və LGBT icmasına qarşı qanunların ləğvi və Rusiya da daxil olmaqla, Aİ ilə vizasız rejimə malik olmayan bütün ölkələrin vətəndaşları üçün vizaların tətbiqi kimi şərtlər yer alır.