Türkiyə Ermənistanla sərhəddə Əlican (Marqara) nəzarət-buraxılış məntəqəsinin hazırlanması üçün işləri gücləndirib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Türkiyə tərəfi aktiv mühəndislik işlərinə başlayıb və nəzarət məntəqəsi inşa edir. Eyni zamanda, ərazi abadlaşdırılır və müşahidə kameraları quraşdırılır”, - məlumatda deyilib.