Aqil Abbas Mirzə Cəlilin nəticəsinə məsləhət verdi: "Ağcabədiyə getsin..."
Fidan Həmişəyeva
10:56 18.11.2019
Gündəm
950
Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri Azərbaycana gəlib. O, qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir və ölkəyə heyran olub:
“Azərbaycan haqqında təəssüratlarım belədir ki, Azərbaycan həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir. Ümid edirəm, səfərimiz davamlı olacaq. Babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğundan xəbərdar deyildim”.
C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşirinin Azərbaycana səfəri ilə bağlı fikirlərini Sherg.az-la bölüşən millət vəkili Aqil Abbas belə səfərin təqdirəlayiq olduğunu bildirib:
“Çox istərdim ki, Martin Cavanşiri Ağcabədiyə gedib nənəsinin evini, ulu babasının qəbrini də ziyarət etsin. Ümumiyyətlə, görkəmli şəxsiyyətlərimizin soyundan olanların ölkəmizə gəlməsi çox xoşdur. Martin Cavanşirinin Azərbaycana gəlməsinə çox sevindim. Başqa hansı görkəmli şəxsiyyətlərimizin nəvə-nəticələri Bakıya gələ bilər? Açığı, bunu deyə bilmərəm. Amma belə səfərlərin olması çox yaxşı haldır”.
Qeyd edək ki, bir müddət öncə məşhur xeyriyyəçimiz H.Z.Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod da ölkəmizə səfər etmişdi. Bu, milyonçu Hacının ikinci oğlu Sadıxın nəvəsi olan Alban Klodun Azərbaycana ilk səfəri idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya