Arakçı BMT rəsmisi ilə ABŞ-ın hücumlarını müzakirə etdi

İran xarici işlər naziri Abbas Arakçı BMT Baş katibinin Yaxın Şərq münaqişəsi üzrə şəxsi nümayəndəsi Jan Arno ilə ABŞ-ın son hücumlarıı müzakirə edib.

Axar.az xəbər verir ki, Arakçı ABŞ-ın ölkəsinə qarşı təkrarlanan hücumlarını, Hörmüz boğazında rejimin pozulmasını, habelə İsrailin Livana hava zərbələrini pisləyib və gərginliyin artmasının təhlükəli nəticələrinə görə məsuliyyəti Ağ Evin daşıdığını bildirib.

O, BMT-nin bu mövzuda qəti mövqe tutmasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, BMT rəsmisi Tehranda səfərdədir.