İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məcid bin əl-Rzanı özünün müdafiə müşaviri təyin edib.
Axar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir:
"Prezident rəsmi fərmanla Məcid bin əl-Rzanı milli müdafiə üzrə müşaviri təyin edib. Pezeşkian ümid edir ki, yeni müşavir praktik tövsiyələr verməklə hökumətin bu sahədəki məqsədlərinə çatmasına və ölkənin qarşısında duran problemlərin həllinə töhfə verəcək".
Məcid ibn əl-Rza Əziz Nəsirzadənin Amerika və İsrail hücumlarında həlak olmasından sonra İranın müdafiə naziri vəzifəsini icra edir.