Artıq Avropada saxta sənədlə status almaq mümkün deyil: Situasiya kardinal şəkildə dəyişib
Fidan Həmişəyeva
10:40 15.11.2019
Gündəm
1634
Son zamanlar xarici ölkələrə mühacirət edən şəxslərlə bağlı ciddi problemlər yaranır. Müxtəlif əsaslarla xaricə mühacir etmək istəyənlər ölkəmizdəki bir çox ofislərdən saxta sənəd əldə edirlər. Həmin sənədlərdə isə mühacirlərin qaçqın statusu alması üçün, ya siyasi basqıya məruz qalması, ya dini təzyiqlərdən təngə gəlməsi kimi səbəblər qeyd olunur.
Lakin bəzi hallarda bu sənədlər saxta olduğu üçün mühacir edənlər xarici ölkələrdən deportasiya edilirlər. Nəticədə həmin şəxslər həm pullarından olurlar, həm də ölkədən qovulurlar.
Məsələyə aydınlıq gətirən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov Sherg.az-a bildirib ki, istənilən halda xarici ölkəyə miqrasiya etmək istəyən şəxslər bunu müxtəlif yollarla etməyə çalışırlar:
“Hamı başa düşür ki, hər ölkəyə getmək olmur və hər ölkədə də onlara yaşamaq üçün icazə verilmir. Bu gün ənənəvi üsullardan biri hansısa ölkəyə gedib orada qaçqın statusu almaqdır. Amma qaçqın statusu almaq üçün hansı səbəbi gətirə bilərlər? Kimisi siyasi məsələlərə görə təqib edildiyini sübuta yetirmək üçün saxta sənəd əldə etməyə çalışır, kimisi də hansısa sosial qrupa məxsus olduğuna görə təqib olunduğunu deyir. Onlar belə səbəbləri bəhanə gətirərək öz ölkələrində təqib olunduqlarını deyirlər və sənədləri təqim edirlər. Müxtəlif elementləri özündə ehtiva edən hansısa sənədləri əldə etməyə çalışırlar və əksər hallarda bu sənədləri saxta yollarla düzəltməyə cəhd edirlər. Məlumdur ki, zaman-zaman hüquq mühafizə orqanları müxtəlif əməliyyatlar həyata keçirirlər. Bu zaman fəaliyyət göstərən hansısa firmaları, ofisləri aşkara çıxarırlar və məsuliyyətə cəlb edirlər. Həmin ofislər saxta sənəd düzəltməklə xarici ölkəyə getmək istəyən şəxsə hansısa baxışlarına görə təqib olduqlarını sübuta yetirən sənəd verirlər. Həmin şəxs də getdiyi ölkədə bu sənədi təqdim edir”.
Ekspertin sözlərinə görə, 10-15 il əvvəl xarici ölkəyə getmək üçün saxta sənəd təqdim edən şəxslərin bu cəhdləri uğurla nəticələnə bilərdi:
“Həmin ərəfədə müəyyən sənədləri təqdim edən insanlar hətta Avropa ölkələrinin aidiyyatı sturukturları tərəfindən dəstək də alıblar, həmin ölkələrdə onlara müəyyən imkanlar da yaradılıb. Amma məsələ bundadır ki, Azərbaycan 15 il bundan qabaq beynəlxalq münasibətlər sistemində özünü təsdiq etmək yolunda idisə, artıq bu gün Azərbaycan əksər dövlətlər üçün açıqdır. Xarici ölkələr Azərbaycanda gedən proseslər barədə məlumatlıdırlar. Həmin şəxslər sənədlə hansısa ölkəyə müraciət etdikdə təbii ki, dərhal araşdırmalara başlanılır. İndiki situasiya kardinal şəkildə dəyişib. Bu gün həmin ölkələrin Azərbaycandakı səfirlikləri asanlıqla sənədlərin saxta olub-olmadığını müəyyən edirlər. Məlumat bazaları ilə dəqiqləşdirmələr aparırlar və bilirlər ki, həmin şəxslər sadəcə bəhanə olaraq mühacirət edirlər. Bu zaman onların müraciətinə mənfi cavab verilir. Bu gün Avropanın qaçqınlıq problemi və bu problemlə üzləşən şəxslərə qaçqın stausu verilməsi tamamilə fərqli səbəblərə görədir. Bu status daha çox Yaxın Şərqdə gedən hərbi əməliyyatlarla bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya