Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov arasında telefon danışığı olub.
Baxtiyar Saidovun məlumatına görə, tərəflər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqlik əlaqələrinin hazırkı vəziyyəti, inkişaf perspektivləri və qarşıdakı tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.