Azərbaycana 10-dan çox ölkə təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq üçün müraciət edib
Yusif Nəzərli
08:12 31.05.2023
Gündəm
375
“Son il yarım ərzində 10-dan çox ölkə Azərbaycana təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq xahişi ilə müraciət edib”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.
“Avropa İttifaqının yüksək rütbəli məmurları Azərbaycanı "ümumAvropa təbii qaz tədarükçüsü" adlandıran zaman tamamilə haqlıdırlar. Əminəm ki, bizim tədarük coğrafiyamız genişlənəcək, çünki Azərbaycan təbii qazına tələbat artır. Son il yarım ərzində 10-dan çox ölkə Azərbaycana təbii qaz tədarükünü ya artırmaq, ya da başlamaq xahişi ilə müraciət edib və əlbəttə ki, biz bütün dostlarımızın ehtiyaclarını ödəmək və şübhəsiz ki, tələbləri bazar imkanlarına uyğunlaşdırmaq istəyirik”, - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Donald Tramp: İndiyə qədər gülən kommunist görməmişəm
16:55 22.08.2026
Dünya
Türkiyədə helikopter qəzaya uğrayıb
16:23 22.08.2026
Hadisə
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
16:13 22.08.2026
Dünya
Azər Həsrət: “Türk dövlətlərinin hərbi inteqrasiyası qaçılmazdır"
15:51 22.08.2026
Gündəm
Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək
15:37 22.08.2026
Hərbi
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya