Azərbaycanda türk ordusunun kiçik modeli: “Kompakt və peşəkar”
Yusif Sultanoğlu
15:07 26.02.2021
Gündəm
1935
“Türkiyə ilə hərbi sahədə iş birliyimiz davam edəcək. Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Biz Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik”.
Bu sözləri 26 Fevral tarixində keçirilən mətbuat konfransında prezident İlham Əliyev iki ölkə arasındakı hərbi perspektivdən danışarkən deyib. Ölkə başçısı onu da əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında qanunvericilik bazası var:
“Elə sənədlər var ki qarşılıqlı hərbi yardım məsələləri təsbit edilir. Azərbaycana təhdid yarananda bizə arxa duran qardaş Türkiyə olacaq. Müharibənin ilk günündən Türkiyə Azərbaycana dəstək verdi. Qardaşım, hörmətli Ərdoğanın sözləri böyük siyasi dəstək oldu. Bu dünyaya siqnal oldu ki, “kənarda durun!”. Türkiyənin müdafiə naziri Akar, xarici işlər naziri Çavuşoğlu, digər yüksək vəzifəli şəxslər birmənalı dəstək nümayiş etdirdilər. Türkiyə ilə Azərbaycan iki qardaş ölkə, bir-birinə ən yaxın ölkələrdir. Odur ki, çağdaş Türkiyənin ordu modeli bizim üçün ən məqbul modeldir”.
Ali Baş Komandanın fikirləri haqqında “ Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, Qarabağ problemi ilə əlaqədar Azərbaycan daim ehtiyacdan artıq silahlı qüvvələr saxlamağa məcbur idi:
“Vətən müharibəsi zamanı səfərbərlik və qismən hərbi vəziyyətin elan olunması ilə ölkəmiz əlavə resurslarını da orduya sərf edərək bu sayı maksimuma çatdırdı.
Hazırda Qarabağ münanqişəsi demək olar ki, həllini tapıb. Ermənistan ordusunda Azərbaycana ciddi müqavimət göstərəcək potensial qalmayıb.
Belə olduğu üçün Azərbaycan səfərbərliklə orduya cəlb etdiyi heyəti tərxis etdi. Bir-iki ay sonra isə xidmət müddəti bitən şəxsi heyət də ordudan buraxılacaq. Bundan sonraki mərhələdə isə Azərbaycan daha kompakt, lakin daha böyük texniki imkanlara malik peşəkar ordu yaradacağı ehtimal olunur.
Biz artıq Türkiyə modelindən son döyüş əməliyyatlarında uğurla istifadə etdik, onun üstün tərəflərindən yararlandıq. İkinci Qarabağ Savaşı da göstərdi ki, keçmiş Sovet doktrinası üzərində qurulan ordular müasir təmassız müharibələrin tələblərinə tam cavab vermir, efektivliyi də azdır, yoxdur.
Ona görə indi Azərbaycan Ordu quruculuğunda üstünlüyü Türkiyə, doyalısıyla NATO modelinə verəcək. Ordunun silahlanmasında daha çox təmassız müharibə vasitələrinin və idarəolunan sursatların tətbiqi gözləniləndir. Ümumillikdə isə bu tam doğru yanaşmadır.
Birgə istehsal sahələrinin fəaliyyəti də gözlənilir. Zənnimcə, yaxın iki il ərzində ordumuzda islahatlar həyata keçəcək, Azərbaycanın hərbi doktrinası da mövcud vəziyyətə, ordunun vəzifə və imkanlarına uyğunlaşdırılacaq”.
Oxşar xəbərlər
Bakı mövqeyini gücləndirir: Ermənistanla dialoqun əsas istiqaməti bəlli oldu - ŞƏRH
16:27 13.11.2026
Kallas: Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr atəşkəsdən əvvəl başlamamalıdır
15:39 13.11.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya