Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər - Elçin Əmirbəyov
19:31 28.09.2023
Gündəm
547
:Hazırda Ermənistan sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC Newshur proqramına müsahibəsində deyib.
“Bunun məcburi yerdəyişmə və ya Azərbaycanın onların tərk etmək istəyi ilə heç bir əlaqəsi yoxdur. Onların həqiqətən seçimi var. Xüsusilə vurğulamaq lazımdır ki, biz onları çoxmillətli Azərbaycanın tərkibində qalmağa və bir hissəsi olmağa çağırdıq. Baxın, Azərbaycan hakimiyyəti son bir neçə gündə nə edir - hər cür humanitar yardım, zəruri mallar, dərmanlar çatdırır, yanğınsöndürən maşınlar göndərir, biz artıq gecə-gündüz elektrik təchizatı qurmuşuq”, - Əmirbəyov bildirib.
O qeyd edib ki, Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər.
Elçin Əmirbəyov həmçinin bildirib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda baş verdiyi iddia edilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatını qətiyyətlə pisləyir və rədd edir.
“O, təkcə sentyabrın 21-də Azərbaycan hakimiyyəti tərəfindən yerli ermənilərə heç bir təhlükə olmadığını deyən öz bəyanatlarından geri çəkilmir, həm də onun dedikləri həm də Azərbaycanın yerli ermənilərə humanitar yardım çatdırmaq səylərini və reinteqrasiya prosesini pozmağa yönəlib. Bu, həm də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün perspektivlərini sarsıdır”, - deyə Elçin Əmirbəyov bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.
Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində konstruktiv şəraitdə keçən görüşdə müzakirə olunan məsələlərin həlli, xüsusilə humanitar yardımın, yanacağın operativ şəkildə çatdırılmasının təmin edilməsi və elektrik enerjisinin bərpası istiqamətində görülən işlərdən razılıq ifadə olunub.
Sentyabrın 28-də Qarabağdakı separatçılar özlərini buraxdıqlarını elan ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm