“Azəristiliktəchizat” növbəti payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb
“Azəristiliktəchizat” növbəti payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb
Yusif Nəzərli
09:11 25.06.2023
Gündəm
374
“Azəristiliktəchizat” ASC 2023-2024-cü il payız-qış mövsümə hazırlıq işləri çərçivəsində təmir-bərpa işlərinə başlayıb.
Bu barədə "Report"a qurumdan bildirilib.
Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 641 536 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 2 779 km istilik xətləri əsaslı təmir olunmuş, 58 429 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb, istilik xətlərində 647,02 m2 istilik örtük qatı təmir edilib, 382 ədəd istilik kamerası təmizlənib. 155 qazanxana və 38 istilik məntəqəsi kompleks yoxlanılıb, 1 ədəd qazan aqreqatı əsaslı və 85 ədəd cari təmir olunub.
Bundan başqa, 46 dəst istilik mübadilə aparatları təmir və təftiş olunub, 130 ədəd istilik mübadilə aparatları hidravlik təzyiqə yoxlanıb, 59 dəst istilik mübadilə qurğusu mexaniki və 22 dəst kimyəvi üsulla təmizlənib. 6 ədəd nasos əsaslı, 214 ədəd cari təmir olunub, 20 ədəd siyirtmə, 3 ədəd əks klapan, 229 ədəd müxtəlif diametrli dirsək yenisi ilə əvəz edilib.
Magistral istilik xətlərinin keçdiyi ərazilərdə müxtəlif təyinatlı kommunikasiyaların və yaşayış evlərinin mövcudluğu təmir-bərpa müddətində müəyyən çətinliklərin yaratmasına baxmayaraq əməkdaşların peşəkarlığı və işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulan tədbirlərin vaxtında və təhlükəsiz icrasının təminedilməsinə imkan verir.
Ümumilikdə istilik təsərrüfatlarında 1 000 km-dən artıq magistral və məhəlli istilik xətləri, 150 km qaz xətləri, 49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və qurğu istismar edilir.
Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya