Bakı-Quba-Rusiya ödənişli yolundan istifadə qaydaları məlum olub

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolda iki cür hərəkət zolağı var. Onlardan biri sürətli, digəri isə adi keçiddir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

A.Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqəyə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır.