Bakıda erməni mahnısı hiddət yaratdı: Videodakı şəxslər cəzalandırılmalıdır - VİDEO
Fidan Həmişəyeva
10:06 04.11.2019
Gündəm
859
Bakı küçələrində erməni mahnısının səsləndirilməsini əks etdirən video görüntü yayılıb. Sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər. Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.
Hadisə ilə bağlı Sherg.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, videodakı şəxslərin kimliyi mütləq qaydada müəyyən olunmalı və cəzalandırılmalıdır.
QAT sədri məsələnin çox ciddi olduğunu qeyd edib:
“Qarabağ Azadlıq Təşkilatının hadisə ilə bağlı sərt tələbləri var. Bu hadisə sabah QAT-ın İdarə Heyətində də müzakirə olunacaq. Prezident Administrasiyası qarşısında etiraz aksiyaları da keçirəcəyik. Tələbimiz ondan ibarətdir ki, hadisə araşdırılsın və videodakı şəxslər tapılsın. Onların məqsədi, hadisənin kim tərəfindən törədilməsi müəyyən olunsun! Baş verənlər həddindən artıq narazılıqla qarşılanıb. QAT-ın bu olanlarla bağlı bəyənatı da oldu. Bu məsələ çox vacibdir və Azərbaycan dövlətinə, millətinə qarşı olan bir həqarətdir. Videodakı şəxslərin tapılması elə də çətin iş deyil. Həmin zamanı müəyyənləşdirmək olar, şəhərə girişdə kameralar var. Maşının hansı marka olduğunu da müəyyən edib hadisə iştirakçılarını hökmən tapmaq lazımdır”.
A.Nağı bildirib ki, baş verən hadisə Azərbaycan hakimiyyətinin, hüquq mühafizə orqanlarının üzərinə pis bir kölgə salır:
“Hər kəs düşünə bilər ki, necə olur belə hal yaşanır?! Doğurdanmı ermənilər sərhəddi keçib bu şəkildə oyun açırlar, yoxsa daxildə kimsə bu olayları təşkil edib. Videodakı şəxslər mütləq saxlanılmalıdır və insanlara geniş şəkildə məsələ haqqında məlumat verilməlidir. Bu, olanlar hakimiyyətin imicinə mənfi zərbə vurur. Ona görə də videodakı şəxlsər, ümumiyyətlə hadisədə əli olanlar cəzalarını almalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi