Bakıda tərbiyəçi uşaq evində azyaşlını döydü - VİDEO
06:55 18.01.2020
Gündəm
595
Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllim uşağı döyür, daha sonra videoya çəkildiyini görüb, onu qucaqlayır.
Məsələ ilə bağlı Suraxanı rayonunda yerləşən 2 nömrəli Uşaq evi ilə əlaqə saxladıq.
Direktor Sevda Hacıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən ilin dekabrın 29-da baş verib:
“Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova Elnurə Qüdrət qızı vəzifəsindən azad edildi.
O, uşağa qarşı bu cür hərəkəti edib, cəzasını da alıb. Mən 20 ildir direktor işləyirəm və hər zaman da demişəm ki, bir adam uşağa əl qaldıra bilməz. Heç kimin səlahiyyəti yoxdur ki, ona əl qaldırsın.
Müəllim uşağı vura bilməz, ancaq tərbiyə verə bilər. 20 ildir mən ancaq o sözü deyirəm. Öz səhvi ucbatından başına iş açdı. Çox yaxşı müəllim idi, fəxri fərmanları da var idi”.
Məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən də açıqlama verilib.
Bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür:
“Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub”.
Tərbiyəçinin uşağı döyməsi barədə görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya