Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb

Azərbaycanda hərbi və ağır cinayətlərin sayı azalıb.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

"Sevindirici haldır ki, ağır, xüsusilə ağır cinayətlərin törədilmə sayında da azalma müşahidə olunur", Baş prokuror vurğulayıb.