NATO Zirvəsində iştirak etmək üçün Türkiyəyə gələn Macarıstanın Baş naziri Peter Magyar sammitdən əvvəl İstanbulun tarixi məkanlarını gəzib.



Sherg.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Sultanəhməd məscidi və Yeddiqala (Yedikule) qalasını ziyarət edib, səfərdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, İstanbul gəzintisi zamanı Peter Magyarı Fatih bələdiyyəsinin sədri Ergün Turan müşayiət edib. Turan bildirib ki, qonaqlara Yeddiqala qalasında aparılan bərpa işləri barədə də məlumat verilib və səfərə görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, NATO-nun Dövlət və Hökumət Başçıları Zirvəsi bu gün Ankarada işə başlayır və iki gün davam edəcək.