Başında şiş olan iti əməliyyat etdilər
Yusif Sultanoğlu
17:46 19.08.2023
Gündəm
397
Almaniyada yaşayan Dilək Dəmir Gurbət bəslədiyi köpəyi əməliyyat etdirmək üçün Türkiyəyə - doğma yurdu Diyarbəkirə gəlib.
"Sherg.az" xəbər verir ki, “Rokki” adlı köpək ''Çihuahua'' cinsindəndir və 3 aylıqdır.
Bir müddət öncə köpək rahatsızlanıb. Dilək onu Almaniyada bir neçə baytar həkimə göstərsə də, köpəyin rahatsızlığının səbəbini tapmayıblar. Bir klinika isə köpəyin müayinəsi üçün 1850 avro tələb edib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Dilək köpəyini də götürüb vətəni Diyarbəkirə gəlib. Orada Diclə Universitetinin Baytarlıq fakültəsində köpək müayinə edilib. Məlum olub ki, köpəyin başında şiş var. Köpəyin yemək yeməməsi, halsız, iştahsız olmasının səbəbi də bu imiş. Aylarla Almaniyada təsbit edilməmiş xəstəliyi Diyarbəkirdəki baytar həkim üzə çıxarıb. Köpəyin müalicəsinə başlanılıb. Diclə Universiteti Veterinar Fakültəsi Daxili Xəstəliklər kafedrası başqanı və Heyvan Xəstəxanasının baş həkimi, professor Hasan İçen bu barədə “Apardığımız müayinə zamanı köpəkdə nevroloji problem olduğunu təsbit etdik. Onun başının zədə alıb-almadığını müəyyənləşdirmək üçün radioloji görüntüləri çəkdik. Görüntüdə köpəyin başının zədələndiyi görünürdü. Başında şiş əmələ gəlmişdi. Əməliyyatla şişi götürdük, indi müalicəsi davam edir”, söyləyib. Dilək Dəmir Gurbət də həkimlərə minnətdar olduğunu deyib: “Almaniyada köpəyimin dərdinə əlac tapmadılar. Vətənim Diyarbəkirin mənə ümid verəcəyinə inanırdım. İndi köpəyim əmin əllərdədir. Yaxşı ki, bura gəlmişəm. "Rokki" şəfasını burada tapdı”. Əməliyyatdan əvvəl ayağa qalxmaqda çətinlik çəkən Rokki artıq qalxır, hərəkət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm