
Bəşər Əsəd bənzəri ssenari Liviyada da yaşana bilər - ŞƏRH
Yusif Nəzərli
22:07 26.12.2024
Gündəm
509
Xəlifə Haftar əvvəlki gücündə deyil və Ankaranın dəstəyi ilə Liviyanın qanuni hökuməti ona qalib gələ bilər
Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftar yenidən aktivləşib. O, “regionda baş verən təhlükəli dəyişiklikləri izləyirik və sayıqlığımızı qoruyuruq. Əldə etdiyimiz uğurları qorumağa da hazırıq” deyib.
Haftar “təhlükəli” olaraq xarakterizə etdiyi bu hadisələrin nədən ibarət olduğu barədə ətraflı məlumat verməyib.

Politoloq Turan Rzayev “Şərq”ə açıqlamasında deyib ki, onu narahat edən və özünü də “təhlükəli” olaraq xarakterizə etdiyi hadisə Suriyada Bəşər Əsədin devrilməsidir:
“Görünür, Haftar Əsəddən sonra sıranın özünə gələcəyini düşünür. Xəlifə Haftar sonuncu dəfə 2020-ci ildə bu qədər aktivləşmişdi. Həmin il Haftarın başçılığı altında Liviya Milli Ordusunun hərbi paradı keçirilmişdi. Paradda HaftarTürkiyəni təhdid edib “Türk Ordusu ya öz istəyi ilə Liviyanı tərk etsin, ya da hərbi gücümüzlə onları çıxaracağıq” demişdi. Bundan sonra Türkiyənin həmin dövrdə müdafiə naziri olan Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Liviyanın paytaxtı Tripoliyə səfər edərək Haftara gözdağı vermişdi.
Xəlifə Haftar Türkiyəyə həm nifrət edir, həm də çəkinir. Haftar ordusu 2019-cu ildə Liviyanın paytaxtı Tripolinin bir addımlığındaykən türk ordusunun müdaxiləsindən sonra geri çəkilməyə məcbur olmuşdu. O vaxtdan bir daha X.Haftar hücuma, ya da hakimiyyəti ələ keçirməyə cəhd etmədi. Bununla belə, Liviyanın şərqi onun nəzarəti altındadır”.
T.Rzayev qeyd edib ki, Türkiyə Yaxın Şərqdəki siyasi proseslərin əleyhinə dönməməsi üçün birbaşa müdaxilə etmək qərarına gəlib. Onun sözlərinə görə, Suriyada bunu uğurla başa çatdırdı: “Orada güclü və Ankaraya dost hökumət qurulub. Türkiyə Suriyadakı işləri tez bir zamanda həll etsə, üzünü başqa ölkələrə çevirər. İndiki məqamda ən uyğun versiya Liviyadır. Ankaranın Liviyada yarımçıq qalan işi var. Digər tərəfdən, Xəlifə Haftarın illər sonra bu qədər narahat olması da Liviyanın qarışa biləcəyinə işarədir. Məntiqlə Ankaranın dəstəyi ilə “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar cəmi bir neçə günə Əsəd rejimini devirdisə, bənzər ssenari Liviyada da yaşana bilər. Onu da deyim ki, Xəlifə Haftar əvvəlki gücündə deyil və Ankaranın dəstəyi ilə Liviyanın qanuni hökuməti ona qalib gələ bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya