
"Binokl diplomatiyası"nda bir neçə məqsəd güdülür - ANALİTİK
Yusif Nəzərli
03:48 29.01.2025
Gündəm
550
Bunlardan biri regiona müdaxilədir
Çünki Azərbaycanın yaratdığı reallıq elə bir gücə malikdir ki, getdikcə regiondan kənar qüvvələr çıxır, sülh prosesinə müdaxilə edə bilmirlər
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Ermənistana səfər edəcək. Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. Məlumata görə, səfər yaxın həftələrə planlaşdırılıb. Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Bir ildən çoxdur ki, Ermənistan ərazisində yerləşib, “mülki missiya” adı altında hərbi-kəşfiyyat fəaliyyəti aparan Avropa İttifaqı (Aİ) bu istiqamətdə daha çox fərqlənir.
Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır. Çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur. Bütün bunların fonunda həm missiya nümayəndələrinin sayı artırılır, həm də müddəti uzadılır. Halbuki Prezident İlham Əliyev dəfələrlə başqa ölkələrin nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşdirilməsinin sülh sazişinə əngəl törədən amil olduğunu bildirib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Aİ-nin müşahidə missiyasına ehtiyac var. Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas Brüsselin Aİ-nin Ermənistandakı missiyasını uzatmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, üzv dövlətlər bu təklifi müsbət qarşılayıblar və hazırda Aİ Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər. Müddətin iki il uzadılması ilə bağlı qərarının yaxın günlərdə qəbul ediləcəyi gözlənilir. Hətta sadəcə kəşfiyyat funksiyaları kifayətlənməyənlər paralel olaraq hərbi funksiyaların verilməsini də düşünürlər. Missiyanın bölmələrinin genişləndirilərək Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində də yerləşdirilməsi planlaşdırılır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Avropa Birliyinin Ermənistanda apardığı siyasət öz səmərəsizliyini əyani şəkildə göstərdi və gərginlik yaratmaqdan başqa heç bir işə yaramadı. Deputatın sözlərinə görə, faktiki olaraq regionda gedən proseslərə ciddi təsir göstərməklə müsbət yox, mənfi imic qazandılar:
"Missiyanın sonu yaxınlaşır, dövr bitir. Neyləmək lazımdır? Hansısa formada həmin missiyanın aktuallığını, vacibliyini, nə qədər "böyük işlər" gördüyünü sübut etmək lazımdır. Ona görə də "binokl diplomatiyası"nı aktivləşdirirlər. Amma bu missiya özünü doğrultmadı. Maraqlı tendensiyanı müşahidə edirik. Sadəcə, "binokl diplomatiyası"ndan yox, ümumiyyətlə, Avropa Birliyinin apardığı siyasətdən söhbət gedir. Avropa Birliyinin təşəbbüsləri getdikcə öz aktuallığını itirməyə başlayır. Bunun səbəbini düşünmək, problemlərin həllini fikirləşmək, prosesləri düzgün təhlil etmək əvəzinə, yenə köhnə siyasətdən, təxribatlardan əl çəkmirlər. Faktiki regionda mövcud vəziyyətə köhnə metodlarla müdaxilə edirlər. "Binokl diplomatiyası" da bunun tərkib hissəsidir. Ermənistan da bundan səmərəli istifadə edir. Həm Avropa Birliyi öz aktuallığını göstərməyə çalışır, həm də Ermənistan AB-dən nəsə qopartmaq, hansısa vəsaiti əldə etmək, "təhlükə və problem psixologiyasını" formalaşdırmaq üçün siyasət aparır. Bu iki təxribatçı siyasət üst-üstə düşərək regionda böyük təhlükə yaradır".
Parlamentari qeyd edib ki, Avropa Birliyinin "binokl diplomatiyası"nda bir neçə məqsəd güdülür:
"Bunlardan biri regiona müdaxilədir. Çünki Azərbaycanın yaratdığı reallıq elə bir gücə malikdir ki, getdikcə regiondan kənar qüvvələr çıxır, sülh prosesinə müdaxilə edə bilmirlər. Üçüncü tərəfin müdaxiləsinə ehtiyac duyulmadığına görə, Avropa Birliyi öz "aktuallığını" göstərməyə çalışır. Həm də artıq dünya dəyişir. ABŞ-də hakimiyyətə gələnlər hazırda sağlam düşüncə inqilabından, ümumbəşəri dəyərlərin qayıdışından, suverenlikdən, müstəqillikdən danışırlar. Avropadakı dəyərlər bu dəyərlərdən son dönəmlərdə kəskin şəkildə fərqlənməkdədir. Onlar faktiki ümumbəşəri dəyərlərdən imtina edərək qeyri-sağlam dəyərləri ölkələrə aşılamaq niyyətinə düşdülər. Qloballaşma adı altında sərhədlərin, ailənin lazım olmadığını və başqa məqamları aşılamağa çalışdılar. Çox təəssüflər olsun ki, indiki Avropa Birliyi qeyri-sağlam dəyərlərin əsasında öz siyasətini təşkil edir. Ona görə də böhran içindədir".
Oxşar xəbərlər
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
18:22 29.04.2026
Azərbaycan və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə müzakirələr olub
18:17 29.04.2026
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol