BMT missiyası Qarabağda mülki infrastruktura heç bir ziyan dəymədiyini bildirib
16:26 02.10.2023
Gündəm
426
Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb.
APA xəbər verir ki, missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib.
Missiyaya BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva rəhbərlik edib.
Komandada həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasingham, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, habelə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Rezident Əlaqələndirici Ofisi və BMT Təhlükəsizlik Departamentindən texniki qrup olub.
Ağdamdan səfər edən missiya Xankəndi şəhərində olub, burada yerli əhali və müvafiq tərəflərlə görüş keçirilib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə yaxından tanış olunub.
Şəhərin bəzi yerlərində onlar mülki ictimai infrastrukturda, o cümlədən xəstəxanalarda, məktəblərə və yaşayış binalarda, mədəni və dini strukturlarda heç bir ziyan qeydə almayıblar. Missiya Azərbaycan Respublikası Hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb. Missiya şəhərdə bir mağazanın açıq olmadığını qeydə alıb.
Şəhərdə çox az sayda yerli əhalinin qaldığı qeyd olunub. Bildirilib ki, Qarabağ bölgəsində 50-1000 arasında etnik erməni qalıb.
Missiya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə sorğu edilən yerli əhalidən, nə də həmsöhbətlərdən heç bir müraciətə rast gəlməyib.
Onlar daha sonra Laçın sərhəd-keçid məntəqəsində Ermənistana doğru hərəkət edən mülki avtomobillərə rast gəlmədiyini bildirib.
Xankəndində isə missiya Ermənistana gedən onlarla sərnişini daşımaq üçün gələn avtobusun şahidi olub.
Missiya Azərbaycan tərəfindənbərpa edilmiş ərazilərin bir hissəsi olan Ağdamdan keçərkən dağıntı və minalardan təmizləmə ehtiyaclarını, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini müşahidə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm