Böhtan və təhqirə görə, sanksiyaların artırılması problemi həll edəcəkmi ? - CAVAB
Fidan Həmişəyeva
15:17 23.09.2019
Gündəm
860
Millət vəkili Çingiz Qənizadə təhqir və böhtana görə, sanksiyaların artırılmasını təklif edib.
O bildirib ki, Azərbaycan qanunvericiliyində təhqir, böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır.
Deputat qeyd edib ki, böhtan və təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur:
“Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə, nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.
Parlament üzvü diqqətə çatdırıb ki, son vaxtlar onlara edilən müraciətlərdə ayrı-ayrı şəxslər tərəfindən qadınlar, qızlar sosial şəbəkələrdə şantaj edilir:
“Onların şəkilləri montaj edilərək müxtəlif görüntülərlə paylaşılır. Namuslu bir qadının əxlaqsız olması ilə bağlı internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar altında profil və ya hesablardan istifadə etməklə onlara yalandan böhtanlar atılır, təhqir edilirlər. Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb”.
Təklifi dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a söyləyib ki, böhtan və təhqirə görə, sanksiyaların artırılması ilə problemi həll etmək mümkün olmayacaq:
“Əgər çirkin niyyətlə qızların şəkillərini sosial şəbəkələrdə yayırlarsa, qanunla həmin şəxs cəzalana bilər. Bu məsələlər bağlı məhkəmələrə müraciətlər olunarsa, məhkəmə orqan işə ciddi yanaşmalıdırlar. Yəni şantajçıların bu əməlini ört-basdır etmək olmaz.
Şantaj edən insan məsuliyyətə cəlb olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya