Britaniya Qazaxıstana sanksiya tətbiq edib?

Böyük Britaniyanın Rusiyanın “Rosatom” agentliyinin qurumlarına qarşı sanksiyaları Qazaxıstanda ilk atom elektrik stansiyası layihəsində çalışan hüquqi şəxslərə təsir göstərmir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Atom Enerjisi Agentliyinin mətbuat xidməti məlumat yayıb.

“Sanksiyalar yalnız “Rosatom” korporasiyasının yurisdiksiyası daxilindəki müəyyən hüquqi və fiziki şəxslərə təsir göstərir. Atom Enerjisi Agentliyinin bu sanksiyaya məruz qalan şirkətlərlə müqavilələr üzrə heç bir əlaqəsi yoxdur və onları Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi üçün subpodratçı kimi cəlb etməyi planlaşdırmır.

Agentlik ölkələrin sanksiya siyasətini izləyir və ilk atom elektrik stansiyası layihəsinin həyata keçirilməsi ilə bağlı riskləri nəzərə alır. Hazırda Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsi üzrə işlər planlaşdırıldığı kimi davam edir”, - açıqlamada bildirilib.