ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və Türkiyənin ABŞ-İran qarşıdurmasına qoşulmamaq qərarını yüksək qiymətləndirib.
NATO-nun baş katibi Mark Rütte ilə görüşdə çıxış edən Tramp bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun müraciətindən sonra münaqişəyə müdaxilə etməyib. ABŞ lideri qeyd edib ki, Çin sədri Si Cinpin də ABŞ-ın xahişini nəzərə alaraq təmkin nümayiş etdirib.
Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də eyni mövqe sərgiləyərək qarşıdurmadan kənarda qalıb.
“Onların hamısı kənarda qaldı. Bu, həqiqətən də heyrətamiz idi”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İran arasında Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılmasını, daxili işlərə qarışmamağı və qarşılıqlı suverenliyə hörməti nəzərdə tutan 14 maddəlik memorandum imzalanıb.