Bu ilin payızında AQEM Sammiti Azərbaycanda keçiriləcək

"Bu ilin payız aylarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti ölkəmizdə keçiriləcək".

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadinlə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bununla bağlı həmkarına məlumat verib.

Nazir son dövr olan gərginliklər, münaqişələrlə bağlı fikir mübadiləsi apardıqlarını da diqqətə çatdırıb: “İran ətrafında olan hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Bu vəziyyət stabil şəkildə davam etməlidir, yalnız diplomatik yolla bu problem həll olunmalıdır, Azərbaycan və İordaniya bununla bağlı dəstəyini bir daha ifadə edib".