Bu üç məsələ tez bir zamanda həll edilməlidir! - Vahid Əhmədov
11:25 07.10.2023
Gündəm
275
Vahid Əhmədov: “Onlardan biri Xankəndidə idarəetmə və icra orqanlarının fəaliyyətinin təşkil olunmasıdır"
“Hər zaman Ermənistanın çirkin əməllərini müdafiə edən Fransa dərhal öz xarici işlər nazirini Ermənistana ezam etdi. O da səfəri öncəsi Türkiyə ərazisində yerləşən Ağrı dağının fotosunu Ermənistan ərazisi kimi təsvir edərək çirkin niyyətini gizlətmədi”. Bunu millət vəkili Vahid Əhmədov deyib. Deputat bildirib ki, səfər zamanı Azərbaycan əleyhinə bir sıra sərsəm açıqlamalar verməklə, öz çirkin niyyətlərini bir daha mümayiş etdirdilər: "Çox düzgün olaraq bu hadisələrin fonunda cənab Prezident İspaniyada keçirilən Aİ-nin toplantısına getməyəcəyini bəyan etdi, bu qərar təbii ki, böyük narahatcılıq yaratdı və Almaniyanın kansleri Olaf Şoltsun zəng etməsi vəziyyətin nə qədər ciddi olmasından xəbər verirdi. Beştərəfli görüş bizim iştirakımız olmadan baş tutsa da, Ermənistanın baş naziri Avropa İttifaqı, Almaniya və Fransanın rəhbərlərinin iştirakı ilə Qranadada Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə rəsmi sənəd-bəyanat imzaladı. Bunun ardınca, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabr ayının sonunda Azərbaycan və Ermənistan prezidentlərinin Brüsseldə görüşünün təşkili barəsində fikir söylədi. Almaniya kansleri Olaf Şolts Azərbaycanın ərazi bütövlüyünü bir daha qeyd edərək BMT missiyasının Qarabağda fəaliyyətini və oradakı vəziyyəti yüksək qiymətləndirdi. Faktiki olaraq, Fransa prezidentinin Qranada görüşündə Azərbaycana qarşı mövqeyi fiaskoya uğradı və Makron Azərbaycana qarşı sanksiyalar yox, danışıqlar yolunu tutmağı təklif etdi. Bəzi siyasətçilər və ekspertlər 19 sentyabrda qazanılmış qələbənin üzərinə kölgə salaraq bu qələbəni yanlış olaraq bəzi dövlətlərlə, xüsusilə İran və Rusiya ilə bölüşməli olduğunu qeyd edirlər. Bu fikir absurddur və qəbuledilməzdir. Bu qələbə başda Ali Baş Komandan olmaqla Azərbaycan Ordusunun və Azərbaycan xalqının layiqli qələbəsidir".
V.Əhmədov hesab edir ki, hazırkı məqamda Azərbaycan əsas üç məsələni tez bir zamanda həll etməlidir: "Bunlar Ermənistan ilə sülh müqaviləsi imzalanması, Rusiya sülhməramlılarının bölgədən tədricən çıxarılması və Xankəndidə idarəetmə və icra orqanlarının fəaliyyətinin təşkil edilməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə