Çörək yenə UCUZLAŞACAQ ?
Yusif Nəzərli
11:10 25.06.2023
Gündəm
477
Bir neçə gündür ki, marketlərdə çörəyin qiymətində ucuzlaşma müşahidə olunur. Belə ki, 650 qramlıq çörək artıq 65 qəpiyə yox, 60 qəpiyə satılır.
Bəs, qiymətin aşağı düşməsi nə ilə əlaqədardır? Bundan sonra da çörəyin qiymətində ucuzlaşma müşahidə edəcəyik?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında son aylar taxılın ucuzlaşdığını bildirib:
“Azərbaycanda çörəyin ucuzlaşmasının əsas səbəbi dünyada taxılın qiymətinin aşağı düşməsidir. Ötən ilin iyul ayından Ukraynadan taxıl koridorunun işə düşməsi nəticəsində taxıl ucuzlaşıb. Son 10 ay ərzində taxılın qiyməti öz yüksək səviyyəsindən 25 faizədək düşüb. Təkcə bir ayda - mayda buğda 3.5 faiz ucuzlaşıb. Düzdür, 2018-2019-cu illərdəki kimi deyil. Lakin pandemiya və Rusiya-Ukrayna müharibəsinin gətirdiyi qiymət artımı aradan qalxıb”.
Ekspert bildirib ki, taxılın ucuzlaşması çörəyin qiymətində çox hiss olunmur:
“Un bazarındakı qiymətlər çörək bazarına nisbətən çox ucuzlaşıb. Çünki unun maya dəyərində buğda qiymətləri 90-95 faiz rol oynayır. Ona görə də buğdanın ucuzlaşması unun qiymətinə təsirsiz ötüşmür. Lakin çörək bazarında belə deyil. Burada insan əməyi, daşıma, zavod-fabriklərin texnikası digər xərc maddələrini təşkil edir. Çörək istehsalında əsas xammal un olsa da, başqa xammal xərcləri də var. Həmin məhsulların qiyməti isə inflyasiya dönəmində qalxıb”.
X.Kərimli taxıl koridorunun fəaliyyətindən asılı olaraq qiymətlərin daha da aşağı enəcəyini hesab edir:
“Un bazarında baş verən proseslər Azərbaycana 6-9 ay sonra təsir edir. Sahibkarlar əvvəl aldığı malları anbarlarda saxlayır. Birjada ucuzlaşanda anbarlardan köhnə məhsulları çıxarıb satmaq, yeniləri gətirmək, daşımaq və s. çətin olur. Ona görə də dünyada 2023-cü ilin mart-aprel ayında olan ucuzlaşmalar, Azərbaycana getdikcə təsir edir. Təbii ki, taxılın qiymətləri taxıl koridorunun fəaliyyətindən asılıdır. Bu koridor aradan qalxsa, taxılın qiyməti yenidən bahalaşa bilər. Amma son 10 aydakı kimi fəaliyyət göstərsə, taxıl, buğda yığımı çox olsa, un və çörəyin qiymətlərində yenə də ucuzlaşma olacağı gözlənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya