Deputat: "Azərbaycan prezidenti tutarlı cavabları ilə Paşinyanı çətinə saldı"-Dünya həqiqətləri duydu
Turan
13:37 16.02.2020
Gündəm
1131
"Paşinyanın nə qədər cılız, primitiv göründüyünü, hər kəs əsl həqiqətin nədən ibarət olduğunu gördü. Bütün dünya bir daha kimin kim olduğunun şahidi oldu"
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında baş tutan canlı debatda, tərəflər bir daha öz mövqelərini bəyan etdi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, cənab Prezidentin tarixi faktlara əsaslanan giriş nitqindən, son 30 ildə beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələrini ardıcıllıqla sadalamasından sonra Paşinyan rabitəsiz, primitiv cümlələrlə cavab verib:
"Həmin an erməni baş nazir imtahana hazır olmayan, bileti çəkəndən sonra konkret suallara cavab verə bilməyərək, ətrafında boş boğazlıq edən tələbəni xatırlatdı. Artıq dünyanın bir çox xalqlarının lağı mövzusuna çevrilmiş mifik “böyük ermənistan” xəstəliyindən, özünün icad etdiyi inqlablardan, Xocalı soyqırımını törətdikləri haqda, öz sələflərinin etiraflarını unudaraq, hansısa ermənipərəst qəzet yazısını fakt kimi göstərəndə, onun nə qədər cılız, primitiv göründüyünü, hər kəs əsl həqiqətin nədən ibarət olduğunu gördü. Bütün dünya bir daha kimin kim olduğunun şahidi oldu".
Parlament üzvü vurğulayıb ki, Prezidentin, Paşinyan kimi,əsl daşnak xislətli, həyasız küçə təfəkkürlü iddialarına, soyuqqanlı şəkildə, tutarlı,lakonik və konkret cavabları, erməninin necə də çətin duruma düşdüyünü əyani şəkildə göstərdi:
"Bir daha əmin oldum ki, Ermənistanda ciddi kadr problemləri mövcuddur və nə qədər ki, xalq olaraq zəhərlənmiş, erməni xəstəliyindən, qurtarmayıblar o ölkənin gələcəyi yoxdur. Bugünkü reallıq bundan ibarətdir. Düşmən ölkə çox gözəl başa düşür ki, ərazisindəki hərbi baza, müasir dünyada mövcud olan xristian təəssübkeşliyi, spergüclərin reqiondakı maraqları olmasa, qısa bir zamandaAzərbaycan ordusu tarixi həqiqətləri bərpa etmək iqtidarındadır. 2016- cı ilin aprel döyüşləri zamanı, cəmi 40 dəqiqə ərzində Lələtəpə kimi yüksəkliyi işğaldan azad etməklə, bunu sübut etdi. Hesab edirəm ki, dünənki, debatdan sonra hər bir azərbaycanlı, nümayiş etdirdiyi ən yüksək diplomatik keyfiyyətlərinə, xalqımızı ləyaqətlə təmsil etdiyinə görə öz Prezidenti ilə bir daha qürur hissi keçirdi. Uğurlar Azərbaycan!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə