Deputat: "Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır"

"Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında ən çox müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların payı oldu: “Bu da təbiidir, çünki onların bu sahədə kifayət qədər təcrübəsi var".