DİN: Separatçılar Xocalıda milyon dollarlıq narkotik becərib
14:47 06.10.2023
Gündəm
549
Aşkar edilən faktlar və ümumi vəziyyət onu deməyə əsas verir ki, 30 il ərzində nəzarətsiz zona kimi olan bu ərazilərdə yalnız cinayətkar fəaliyyət təşkil olunub.
APA xəbər verir ki, bunu Xocalıda narkotik plantasiyası aşkarlanan ərazidə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
Elşad Hacıyevin sözlərinə görə, yerli əhali də bu cinayətkar fəaliyyətə cəlb edilib: “Nəticə etibarilə, Xocalı rayonunun Ballıca kəndi ərazisində böyük narkotik plantasiyası aşkarlanıb. Aparılan təhlillər onu deməyə əsas verir ki, hələ bu, görünənlərdir. Demək ki, hansısa istilikxanalarda narkotik vasitələrin başqa növlərinin, kimyəvi tərkibli narkotik maddələrin hazırlanması prosesi istisna edilmir. Aşkar edilən faktlar üzrə, sözsüz ki, müvafiq cinayət işi açılır. Və bunun əsasında müəyyən ediləcək ki, bütün bu vasitələr harada və necə realizə olunub”.
Xidmət rəisi qeyd edib ki, əraziyə mütəxəssislər dəvət edilib, onların yekun qərarı dinlənilib: “Yekun qərar o oldu ki, bu ərazilərdə narkotik vasitələr xüsusi üsul və qulluqla yetişdirilib, becərilib və digər ölkə vasitəsilə qara bazara çıxarılması təmin edilib. Bu ərazilərdə təqribən milyon dollar həcmində narkotik vasitələrin əkin-biçini aparıldığını düşünürük”.
E. Hacıyev ərazidə digər transmilli cinayətkarlıq növlərinin də aparılmasının istisna edilmədiyinin əlavə edib: “Bu gün Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının əsas işi məhz bu ərazinin de-kriminallaşdırılmasıdır. Başqa bir təhlükəmiz isə mina təhlükəsizdir. Xüsusilə təmas xətti boyunca sahələr var ki, tamamilə minalarla döşənib. Ərazidə sürpriz minalar da çoxluq təşkil edir - körpülərdə, yol kənarlarında, su hövzələrinin kənarlarında və sair. Bütün hallarda diqqət ona yönəlib ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin”.
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm