DİQQƏT: Mobil telefonlar koronavirus “yuvası” ola bilər
15:43 07.03.2020
Gündəm
523
Gün ərzində əlimizdən düşməyən cib telefonları, koronavirus infeksiyasının mənbələri siyahısına başçılıq edə bilər.
e-tibb.az xəbər verir ki, Britaniyanin Sautempton Universitetinin professoru Vilyam Kivil belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, əlləri istənilən qədər qorusaq, təmiz saxlasaq da, smartfonun ekranına bircə dəfə toxunub əlləri gözlərə, buruna, ağıza toxundurmaqla infeksiya riski yaratmış oluruq.
Xəstə insanlar ətrafda öskürəndə və ya asqıranda viruslar, eləcə də COVID-2019 hissəcikləri olan tüpürcək damcıları müxtəlif səthlərə düşür. Qapı dəstəyi, lift düymələrinə toxunan zaman heç şübhəsiz bir virus hissəciyi tuturuq. Sonra əllərimizi yusaq, dezinfeksiya etsək belə, yenidən cib telefonumuza əl vururuq.
Qeyd olunub ki, koronavirusun telefonlar üzərində nə qədər yaşaya biləcəyi əslində açıq bir sualdır. Amma istənilən virusdan qorunmaq üçün telefonları da tez-tez silmək lazımdır. Bunun üçün alkoqollu salfetlər və gellərdən istifadə etmək ən etibarlı yoldur.
Məlumata görə, əşyaları antiseptik xlorheksidin məhlulu ilə silmək də olar. Bu bir qədər zəif tərkib sayılsa da, bakteriyaları öldürə bilir. Amma onun koronavirusa qarşı effektivliyinə dair heç bir sübut yoxdur. Telfonları silmək üçün ən azı adi nəm salfetdən istifadə etmək olar.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da yeni növ koronavirusun hansı səthlərdə daha uzun ömür sürdüyü araşdırılıb.
(Ətraflı bu linkdə: https://e-tibb.az/xeber/koronavirusun-hansi-sethlerde-daha-uzun-yasadigi-melum-olub-1573)
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild virusun hansı səthdə daha uzun zaman yaşadığını açıqlayıb. Alimlər bununla bağlı fərqli səthləri öyrəniblər, məlum olub ki, polad və mis üzərində koronavirus təxminən iki saat, kağız və plastik kütlələrdə isə daha uzun zaman həyat sürür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm