Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb

Çin İrana göstərdiyi istənilən yardımı əhəmiyyətli dərəcədə azaldıb.

Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində iddia edib.

Bessent həmçinin İranın neft ehtiyatlarının tükənmək üzrə olduğunu irəli sürüb.

ABŞ-ın maliyyə nazirinin sözlərinə görə, tezliklə İranın “ticarət üçün heç nəyi qalmayacaq”.