Dövlət Dumasının sədr müavini: Rusiya olmasa, Ermənistan da olmayacaq
14:27 29.11.2024
Gündəm
426
“Münasibətlərimizin bir əsrlik tarixi onu göstərir ki, Rusiya olmasa, Ermənistan da olmayacaq. Lakin Ermənistanın hazırkı rəhbərliyi Qərblə yaxınlaşmaq kursunu seçib”.
APA-nın məlumatına görə, bunu “news.am”a müsahibəsində Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.
O həmçinin Ermənistanı Qərbin diktə etdiyi qaydalar çərçivəsində və erməni xalqının iradəsinə zidd addımlar atmaqda da günahlandırıb.
P. Tolstoy deyib ki, Dövlət Duması Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşmasına tərəfdardır:
“Erməni xalqı onu əsrlər boyu hansı dövlətin müdafiə etdiyini çox yaxşı bilir. Nə Qərbin addımları, nə də Avropa ailəsinə üzv olmaq arzusu Ermənistanın gənclərində antirusiya mövqeyinin formalaşmasına imkan verəcək. Duma da Rusiya ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasının lehinədir. Lakin Ermənistan kursunu dəyişir. Əlaqələrimizin normallaşması üçün Ermənistan orada fəaliyyət göstərən və qeyri-konstruktiv mövqedə olan 2500 təşkilatın fəaliyyətini dayandırmalıdır. Ermənistanın bir nömrəli problemi Qərb və Avropa ilə əməkdaşlığın ölkəni xilas edəcəyi barədə xəyallarıdır. Bu mövqeyi həm Nikol Paşinyan, həm də onun tərəfdarları dəstəkləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə